Türkiyədə COP31-in Prezidenti elan edildi

Türkiyədə COP31-in Prezidenti elan edildi
09:30

Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.

News365.az xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərar imzalayıb.

Qərar ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum UNFCCC COP31-in Prezidenti təyin edilib.

Rəsmi qəzetdə dərc olunan qərara əsasən, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada, EXPO sərgi məkanında keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada