Astara gömrüyündə 148 kq-dan çox narkotik ələ keçirildi - FOTOLAR

Astara gömrüyündə 148 kq-dan çox narkotik ələ keçirildi - FOTOLAR
09:15

Astara Gömrük İdarəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

News365.az xəbər verir ki, ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü daşıyan nəqliyyat vasitəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana aşkar olunub. Ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.

Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobili kinoloji xidmət itinin tətbiqi ilə ətraflı gömrük yoxlamasından keçirilib. Nəticədə nəqliyyat vasitəsindəki iki paletdə gömrük nəzarətindən gizlədilən narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 


Sizin reklam burada
Sizin reklam burada