Fransada qadınlara qarşı zorakılıq: 24 saatda 4 qadın öldürüldü

Fransada qadınlara qarşı zorakılıq: 24 saatda 4 qadın öldürüldü
12:10

Son 24 saat ərzində Melina, Lor, Elodi və Beatris adlı 4 qadın partnyorları və ya keçmiş partnyorları tərəfindən qətlə yetirilib. Hadisələr ölkədə femisid probleminin nə qədər ciddi olduğunu bir daha göstərib.

News365.az “Le Figaro”ya istinadən xəbər verir ki, bir gün əvvəl isə 27 yaşlı Zaïa partnyorunun yandırdığı avtomobildə ölü tapılıb.

Gender Bərabərliyi Naziri Aurore Bergé bildirib ki, bu qadınların həyatı, taleləri və itirilmiş uşaqları yalnız şəxsi faciə deyil, ictimai və siyasi məsələdir: “Femisidlər ailə problemi deyil, cəmiyyətin məsələsidir. Onlar hər axşam xəbər verilişlərinin əsas mövzusu olmalıdır”.

“Tərəfdaşlar və ya Keçmiş Tərəfdaşlar tərəfindən Femisidlər” təşkilatının açıqladığı rəqəmlərə görə, 2025-ci ilin əvvəlindən bəri Fransada 88 qadın öldürülüb və nəticədə 133 uşaq yetim qalıb.

Qeyd olunur ki, femisidlərin sayı son illərdə artmaqda davam edir və ölkədə bu məsələyə qarşı ciddi tədbirlər görülməsi tələb olunur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada