"Zəngəzur dəhlizi Azərbaycan təcrübəsi ilə sürətlə açılacaq" - Çingiz Özgür

"Zəngəzur dəhlizi Azərbaycan təcrübəsi ilə sürətlə açılacaq" - Çingiz Özgür
11:13

"Zəngəzur dəhlizinin açılmasında Azərbaycan işlərinə Avropa şirkətləri deyil, yerli təcrübə üstünlük veriləcək".

News365.az xəbər verir ki, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür Zəngəzur dəhlizinin indiki Ermənistandan keçən hissəsi ilə bağlı fikirlərini paylaşaraq bildirib ki, Azərbaycan bu layihədə tunelqazma təcrübəsindən istifadə edərək işi daha sürətlə yekunlaşdıra bilər.

Çingiz Özgür qeyd edib ki, dəhlizin indiki uzunluğu 32 kilometr olsa da, ermənilərin cığallığı nəticəsində bu məsafə 42 kilometrə çata bilər və bunun yalnız 3-4 kilometri tunel ola bilər. O əlavə edib ki, işi Avropa şirkətlərinə etibar etmədən, Azərbaycan təcrübəsi ilə planlaşdırılan iş 2026-cı ilin sonlarından əvvəl də tamamlanmış ola bilər.

Sosial şəbəkədə paylaşdığı yazıda Özgür həmçinin əlavə edib: “Nə isə ki, vəziyyət yaxşı görünür. Durum gedim, maşının çənini yanacaqla doldurum. Bilmək olmaz… Maşınnarı ‘polnnı bak’ eliyin, gedəcəyik!”


Sizin reklam burada
Sizin reklam burada