Helikopter qəzaya uğrayıb - ÖLƏN VAR

Helikopter qəzaya uğrayıb - ÖLƏN VAR
25 Dek 2025 23:43

Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro dağında helikopter qəzaya uğrayıb.

News365.az xəbər verir ki, hadisə Tanzaniyanın şimalında, dağın ən çox istifadə olunan marşrutlarından birində baş verib.

Polisin verdiyi məlumata görə, qəza tibbi evakuasiya missiyası zamanı qeydə alınıb. Helikopter Barafu düşərgəsi ilə Kibo zirvəsi arasında, dəniz səviyyəsindən 4 min metrdən artıq yüksəklikdə qəzaya uğrayıb.

Qeyd olunub ki, helikopter tibbi evakuasiya və digər aviasiya xidmətləri göstərən “Kilimanjaro Aviation” şirkətinə məxsus olub.


Sizin reklam burada
Sizin reklam burada