“Mükafatlar ədalətli paylanmayıb, amma işimdən dönməyəcəm” - Amil Xəlil

“Mükafatlar ədalətli paylanmayıb, amma işimdən dönməyəcəm” - Amil Xəlil
11:55

Araşdırmaçı jurnalist Amil Xəlil feysbuk səhifəsində Mətbuatın 150 illiyi münasibətilə təqdim olunan medallar barədə fikirlərini bölüşüb.

News365.az xəbər verir ki, O 18 yaşından bəri araşdırma jurnalistikasına həsr etdiyi ömründən dönmək niyyətində deyil və bu sahədəki fəaliyyətini davam etdirəcəyini  bildirib:

“Öz efirlərimdə və redaktorluğumda bütün işləri özüm etmişəm. Amma fakt budur ki, neçə-neçə peşəkar jurnalist bu siyahıdan kənarda qaldı. Ən maraqlısı isə odur ki, qələmlə, yazı ilə, araşdırma ilə əlaqəsi olmayan dostlarımız da bu mükafatla təbrik edildi”, – deyə Amil Xəlil vurğulayıb.

Jurnalist qeyd edib ki, televiziya günü və Mətbuat günü ayrı-ayrıdır və medalların paylanmasında real araşdırmaların və peşəkarlığın nəzərə alınması vacib olardı. O həmçinin əlavə edib ki, medalsız qalsa belə, işinə və jurnalistikaya olan sevgisindən geri dönməyəcək:

“Mənim araşdırmalarımın 100-də birini edə bilməyənlər də mükafatlandırıldı. Tam səmimiyyətimlə deyirəm, bu mənim işimə olan sevgimə təsir edə bilməz”.

Amil Xəlil həmçinin qeyd edib ki, kanal rəhbəri onu siyahıda ilk qeyd edib, lakin bu, mükafatın təsdiqlənməsi anlamına gəlməyib.


Sizin reklam burada
Sizin reklam burada