Azad edilmiş ərazilərdə daha 173 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 173 mina aşkarlanıb
17 Fev 2025 15:33

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (10.02.2025 - 16.02.2025) açıqlanıb.

ANAMA-dan News365.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 122 piyada əleyhinə mina, 51 tank əleyhinə mina, 306 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 935,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib


    Sizin reklam burada
    Sizin reklam burada