Naxçıvanda zəncirvari qəza - 5 yaralı var

Naxçıvanda zəncirvari qəza - 5 yaralı var
21:31

Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza şəhərin Topçubaşov küçəsində qeydə alınıb.

“Hyundai”, “Audi” və iki “Kia” markalı avtomobili bir-birinə çırpılıb.

Toqquşma nəticəsində Aysel Zeynalova (2001), Gülyanaq Hacıyeva (1961), Zənibə Seyidova (1983), Sadiq Həsənzadə (2008) və Ülvi Quliyev (2008) xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo


Sizin reklam burada
Sizin reklam burada