Avtomobil ağaca çırpıldı - 2 qardaş öldü

Avtomobil ağaca çırpıldı - 2 qardaş öldü
14:35

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.   

News365.az-ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.   

Hadisə ilə bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada