"At ili 1 yanvarda yox, 17 fevralda başlayır" - Astroloq

"At ili 1 yanvarda yox, 17 fevralda başlayır" - Astroloq
11:47

 “At ili miladi təqvimlə yox, Qırmızı Tez Ayla başlayır – 17 fevral 2026, saat 13:00 (Bakı vaxtı)”

News365.az xəbər verir ki, TV365 kanalının qonağı olan astroloq Səbuhi Rəhimli 2026-cı ilin başlanğıcı və Çin astrologiyasında At ili dövrü ilə bağlı maraqlı açıqlamalar verib.

Astroloq bildirib ki, At ilinin başlanğıcı miladi təqvimlə 1 yanvar və ya 21 yanvar kimi tarixlərlə ölçülmür, çünki bunlar xristian və yəhudi dünyasına aid dəyişkən təqvim sistemləridir:
Yanvarın 1-i miladi təqvimdir və daha çox xristian dünyasının sisteminə əsaslanır. Çin təqvimi isə tamam başqa hesablamalara söykənir və Tez Ayın hərəkətinə görə müəyyən olunur.”

Onun sözlərinə görə, Çin bürc dövrləri Tez Ayın (Yeni Ayın) çıxdığı tarixlə eyni bürc zamanına düşür və il dəyişimi də buna uyğun hesablanır:
Gələn il – 2026-cı ildə – fevralın 17-si Tez Ay doğur və məhz həmin gündən Qırmızı, alovlu və çılğın At ili başlayır. Bu tarixdən əvvəl doğulan insanlara sadəcə miladi tarixə baxıb At ili demək düzgün deyil.”

Səbuhi Rəhimli vurğulayıb ki, 2026-cı ilin yanvarın 4-də doğulan birinə “At iliyəm” demək olmaz, çünki bu, yalnız miladi təqvimə əsaslanan yanlış yanaşmadır.

Astroloqun proqnozuna görə:

  • 17 fevral 2026-cı ilAt ilinin rəsmi astrologiya başlanğıcıdır

  • Saat 13:00 (13.00) – il keçidi anıdır

  • Bakı vaxtı ilə bu, günorta 13:00-da başlayacaq

O, həmçinin qeyd edib ki, 2027-ci ildə də At ili Tez Ayın çıxması ilə dəyişir və bu, 15 fevral 2027-də Yeni Ayla yenilənəcək.

Astroloq əlavə edib ki, 20 yanvar – 18 fevral aralığı Çin təqvimində keçid dövrüdür və bu mərhələdə doğulanların il mənsubiyyəti astrologiya xəritəsi ilə dəqiq hesablanmalıdır.

Onun sözlərinə görə, 20 yanvar 2026-dan 17 fevral 2026-a qədər doğulanlar At yox, əvvəlki ilin bürc dövrünə – astrologiyada sinsi, gizli prosesləri sevən və ünsiyyətcil elementlərlə xarakterizə olunan dövrə aid edilir.


Sizin reklam burada
Sizin reklam burada