“Kanal D”nin reytinq rekordu qıran serialı “Uzak şehir” yeni bölümü ərəfəsində yayımlanan treyleri ilə diqqət çəkib.
Treyler “Cihan” və “Alya”nın romantik hallarını işıqlandırıb.
Uzun müddət davam edən qarşıdurmalardan sonra baş verən bu yaxınlaşma serialın romantik tərəfini ön plana çıxarıb.
Sevgi dolu səhnələrdən dərhal sonra isə gərginlik yenidən yüksəlir. “Zerrin”in yerini öyrənən “Sadakat” və “Demir”in atdığı addımlar serialda böyük hadisələrin xəbərçisi olur. Xüsusilə sancıları başlayan “Zerrin”i xəstəxanaya çatdırmağa çalışan “Kaya”nın yolunun “Demir” tərəfindən kəsilməsi həyəcanlı bir bölümün siqnalını verir.
“Uzak şehir” bazar ertəsi saat 20:00-da öz tamaşaçıları ilə görüşəcək.