"Araz-Naxçıvan"da daha 2 yeni müqavilə

"Araz-Naxçıvan"da daha 2 yeni müqavilə
09 İyn 2025 15:07

“Araz-Naxçıvan” müqaviləsi başa çatan iki futbolçu ilə yeni müqavilə imzalayıb.

Klubdan News365.az-a verilən məlumata görə, Nuno Rodriqes və Ramon Maçado 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.

Qeyd edək ki, indiyədək baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə imzalanıb.



Sizin reklam burada
Sizin reklam burada