"İnter Mayami" futbol dünyasının diqqətini çəkəcək daha bir böyük transferi reallaşdırmağa hazırlaşır.
Klub "Mançester Yunayted"in ulduz yarımmüdafiəçisi Kazemironu öz heyətinə qatmaq üzrədir.
34 yaşlı braziliyalı futbolçunun İngiltərə təmsilçisi ilə olan müqaviləsinin müddəti məhz bu yay sona çatacaq.
Karyerasını davam etdirmək üçün Florida təmsilçisi ulduz oyunçunun ən prioritet seçimidir. Tərəflər arasında rəsmi müqavilənin ən qısa zamanda imzalanacağı ehtimal edilir.
Xatırladaq ki, Kazemiro 2022-ci ildən etibarən "qırmızı şeytanlar"ın şərəfini qoruyur. Təcrübəli oyunçu cari mövsüm ərzində meydana çıxdığı 35 qarşılaşmada rəqib qapılarından 9 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.