Məhkəmə salvadorlu miqranta qarşı ittihamı ləğv edib

Məhkəmə salvadorlu miqranta qarşı ittihamı ləğv edib
22 May 2026 23:20

ABŞ-da məhkəmə salvadorlu miqrant Kilmar Abregoya qarşı irəli sürülmüş ittihamı ləğv edib.

News365.az xəbər verir ki, hakimin qərarına əsasən, onun cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər hüquqi əsas olmayıb.

Bildirilir ki, iş materialları və təqdim olunan sübutlar Abregonun təqibinin ədalətli olub-olmaması ilə bağlı suallar yaradıb.

Məhkəmə həmçinin qeyd edib ki, ABŞ-ın prezidenti Donald Trump administrasiyası onu yalnız deportasiya qərarına etiraz etdiyi üçün hədəfə almış ola bilərdi.

Qərar ABŞ-da miqrasiya siyasəti və deportasiya proseslərinin ədalətliliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.



Sizin reklam burada
Sizin reklam burada