Araz çayında sululuq daha çox artıb

Araz çayında sululuq daha çox artıb
12:21

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 4-ü saat 11:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
 

Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda isə 2 sm artım. Araz çayının yuxarı axımında 61 sm qeydə alınıb.


Transsərhəd çaylarında Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm artıb, su sərfi 710 m³/san normanın 99%, Qanıx-Cəlayirdə 4 sm artıb su sərfi 175 m³/san normanın 88% təşkil edir.


Sizin reklam burada
Sizin reklam burada