"Ermənilər çalışırlar ki, bizim içimizdə daim narahatlıq, daim nigarançılıq olsun."
Politoloq Elçin Alıoğlu bu sözləri News365.az-a deyib.
Vaxtilə Yeni Zelandiyanın Xarici İşlər Naziri illər boyu Papua Yeni Qvineyanın Tasmaniya adasının yaxınlığında silahlıların gəzişməsindən narahatlıq keçirmişdi. Papua Yeni Qvineya əhalisi arasında kannibalizm əlamətlərinin çox olduğu və xüsusilə sonra yayılan “Kargo Kult” anlayışını nəzərə alsaq, Ermənistanın indiki vəziyyəti də maraqlıdır.
Kargo Kult nədir? Sakit okeandakı bəzi kiçik ada ölkələrində, məsələn, kiçik atollu rif adalarında amerikalılar 1960-cı illərdə onlara humanitar yardımlar gətirirdilər. Britaniyalılar da eyni şeyi edirdilər. Yerli əhali elə düşünürdü ki, bu təyyarələr tanrının quşudur və onlara yardım gətirir. Onlar təyyarələrə sitayiş edirdilər.
Ermənilər də indi metafizik baxımdan fərqli olsalar da, onların dini tamamilə qədim xristianlıqdan gəlir. Amma nədənsə qərb üsuluna uyğun davranmağa çalışırlar. Minatəmizləmə adı ilə hansısa ərazilərə yerləşmələri müharibənin başlanacağının əlaməti deyil. Latınca da desən, hüquq dili ilə də desən, bu aydın deyil. Ermənilər orada mina qəbul edərlər deyə yerləşə bilərlər – yəni antonim yanaşma ilə.
Qaldı ki, aprel ayında müharibə olacaq, ya olmayacaq – bəs niyə may ayında olmasın? Və yaxud avqustda? Aprelin özəlliyi nədir? İsa Məsihin dirilməsi, yoxsa Müqəddəs Məzarda 3 erməni keşişin sabiq Qarabağ Xuntasının bayrağını, köhnə parçasını, Tetris kimi bir şeyi asması? Mən elə əvvəldən düşünürəm – niyə məhz aprel
Ermənilər çalışırlar ki, bizim içimizdə daim narahatlıq, daim nigarançılıq olsun. Biz tamamilə mənasız məsələləri müzakirə edirik. Məsələn, 3 mina yerləşdiriblər – bu nə deməkdir? Bu artıq ramlatmaqdır, bu artıq fala baxmaq kimidir."