Zelenski hər dəfə sülhə razılaşdıqca Putin şərtləri ağırlaşdırır...

Zelenski hər dəfə sülhə razılaşdıqca Putin şərtləri ağırlaşdırır...
10:41

"Rusiyanın ortaya qoyduğu şərtlər – digər tərəf üçün nə dərəcədə məqbul və ya mümkün ola bilər, bu bilinmir."

Politoloq Elşən Mustafayev  bu sözləri News365.az-a deyib. 


"Atəşkəs tərəflər arasında razılaşdırıldığı halda ən azından mövcud olur. Yəni indiki vəziyyətdə isə, istər bir günlük olsun, istər bir aylıq, istər uzunmüddətli olsun, tərəflər razılığa gəlmirlər. Burada isə tərəflər razı deyillər. Rusiya bir tərəfdən Pasxa bayramı ilə əlaqədar olaraq bir günlük və ya 30 saatlıq atəşkəs elan olunmasını elan edir, amma nəticədə… Yəni sən keçmişdəki kimi razı qalmırsan. Yox, amma görünür ki, əvvəlcədən razılaşdırmadan edir və təbii ki, razılaşdırmadan bunu edir, çünki bu, heç bir atəşkəs deyil – sadəcə cəmiyyətə, dünyaya göstərmək üçün ki, guya Rusiya ümumilikdə atəşkəsə maraqlıdır. Hətta bu dini mərasimdə, xüsusilə də bu mənəvi dəyərə görə, guya heç bir tərəflə razılaşmadan belə atəşkəsə gedə bilər, amma həmin atəşkəs elanından dərhal sonra məlum oldu ki, tərəflər heç bir atəşkəsə əməl etmirlər. Əvvəlki intensivlik olmasa da, faktiki olaraq atəşkəs yoxdur.

Mən hesab edirəm ki, Rusiyanın 30 günlük atəşkəsə – hansı ki, Zelenski bunu təklif edir – getmək niyyəti yoxdur. Ən azından ona görə ki, hazırda problem ondadır ki, bu danışıqlar prosesi uzanır və Amerika vasitəçiliyi ilə atəşkəsə nail olunması mümkün deyil. Ona görə ki, tərəflərin ortaya qoyduğu şərtlər – xüsusilə də Rusiyanın ortaya qoyduğu şərtlər – digər tərəf üçün nə dərəcədə məqbul və ya mümkün ola bilər, bu bilinmir.

Ona görə də, artıq Zelenski desə belə ki, “mən qeyd-şərtsiz, istər Amerika, istər Rusiya – kim olur-olsun – qeyd-şərtsiz atəşkəsə hazıram”, bu bir həftə ərzində belə reallaşmayacaq. Rusiya buna razı deyil."


Sizin reklam burada
Sizin reklam burada