Masallının Təklə kəndinin sakinləri qışda palçıq, yayda isə toz- torpaq əlindən artıq təngə
gəlib. Sakinlər deyir ki, onlar illərdir yolun təmiri ilə bağlı aidiyyatı
qurumlara müraciət etsə də şikayətə baxan yoxdur. Kənddə yas mərasimi olanda isə
vəziyyət daha da acınacaqlı olur. Çünki dünyasını dəyişən adamı məzarlığa
aparmaq mümkün olmur.
Təklənin əsas
küçəsindən sahələrə, örüşə gediş-gəliş var. Şikayətçilərin sözlərinə görə yollar keçilməz olduğundan çox
vaxt məcbur olub, 1 km əlavə yol qət edib, digər küçədən keçmək məcburiyyətində qalırlar.
Təklə kənd bələdiyyə sədri İlkin Kərimov deyir ki, növbəti ilə kimi yolların asfaltlanması ancaq o vaxta kimi daxili imkanlar hesabına yolda müəyyən işlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, Təklə kənd ərazisində 10.000-ə yaxın əhali yaşayır.