Türkiyə paytaxtında növbəti dəfə zəlzələ olub. Bu, son beş gün ərzində ikinci zəlzələdir. Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) məlumatına görə, bu gün Mamak bölgəsində 3 bal gücündə təkan qeydə alınıb.
"Cümə günü səhər saatlarında Mamak bölgəsində qeydə alınan zəlzələ 7 kilometr dərinlikdə baş verib və bu, son beş gündə ikinci zəlzələ olub", - yerli media yazıb.
Xatırladaq ki, bazar ertəsi Ankarada 3,5 bal gücündə zəlzələ baş vermişdi. Türkiyəli seysmoloqlar yeni təkanları istisna etmirlər.
Tural