Anası yaşda qadının boynuna xalta bağlayıb İstanbulu gəzdirdi - FOTOLAR

Anası yaşda qadının boynuna xalta bağlayıb İstanbulu gəzdirdi  - FOTOLAR
10:50

İstanbulun Beyoğlu səmtində oğlanın gənc qadının boynuna tasma taxaraq onu küçədə gəzdirməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə etiraz doğurub.

News365.az xəbər verir ki, hadisə ilə əlaqədar polis dərhal araşdırma apararaq hər ikisini saxlayıb.

Videoda kişi qadına "itaət dərsi" verdiyini iddia edir və onu "müti olmağa" məcbur edən ifadələr səsləndirir. Hadisə ictimaiyyətdə qadınlara qarşı hörmətsizliyin və zorakılığın təbliği kimi qiymətləndirilib.

Cütlük barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma" maddəsi ilə cinayət işi açılıb. Onlar məhkəmənin qərarı ilə həbs edilib.

Məlumata görə oğlanın 27, qadının 57 yaşı var imiş.


Sizin reklam burada
Sizin reklam burada