Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Paraqvaya 0:1 hesablı məğlubiyyətdən və komandasının 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra böyük məyusluq yaşadığını bildirib.
News365.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının oyunundan razı qaldığını vurğulayaraq, nəticənin ədalətli olmadığını düşündüyünü deyib:
"Çox kədərliyəm. Həm azarkeşlərimizin, həm də futbolçularımızın böyük ümidləri var idi. Futbolda nadir rast gəlinən bir vəziyyətlə üzləşdik. İki oyunda 65 zərbə vurduq, amma istədiyimiz nəticəni əldə edə bilmədik. Tale bizim tərəfimizdə deyildi", - deyə Montella bildirib.
Təcrübəli məşqçi futbolçularının sonadək mübarizə apardığını qeyd edib:
"Komandamın əzmkarlığı və meydandakı ruhu ilə fəxr edirəm. Heç kim təslim olmadı, hər kəs sona qədər döyüşdü. Təəssüf ki, bütün səylərimiz istədiyimiz nəticəni vermədi" .
Qeyd edək ki, Türkiyə millisi D qrupunda Paraqvaya məğlub olaraq 2026-cı il Dünya Kuboku ilə erkən vidalaşıb.