Amalyan hakimiyyəti təhqir etdi: "Ziyalılar yığışanda çaqqallar dağılışırlar!”

Amalyan hakimiyyəti təhqir etdi: "Ziyalılar yığışanda çaqqallar dağılışırlar!”
06 İyl 2024 09:21

Ermənistanın tanınmış müğənnilərindən olan David Amalyan ölkədə hakimiyətdə olanları və onların tərəfdarlarını təhqir edib.

News365.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Qeyd edilir ki, Müqəddəs Anna kilsəsinin həyətində keçirilən görüşdən əvvəl müğənni son zamanlar tez-tez müzakirə olunan intellektuallar anlayışına toxunub: “Mənim üçün ziyalı tipi və onun davamçısı səngərlərə gedib sinəsini düşmənə tərəf tutandır. Bütün səngərlərdə xalqına arxasını çevirəndir ziyalı. Mənim görə ziyalılar üçün istinad nöqtəsi Baqrat Srabzan sayılır. Ziyalılar yığışanda çaqqallar dağılışırlar”, - o qeyd edib. Saytlar yazırlar ki, Amalyan "ziyalı" nöqtəsi adlandırdığı keşişin hər kəsi bir yerə toplaması fonunda dağılışan çaqqallar deyərkən hakim komandanı nəzərdə tutub.

Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilmişdi. Bundan sonra kəndlər işğaldan azad olunaraq geri qaytarıldı.

Delimitasiyanın reallaşması ölkədə revanşistlərin baş qaldırmasına səbəb oldu. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinq, yürüş və digər tədbirlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər