Ermənistanda "demokratiya" hər ötən gün daha çox gülünc prosesə çevrilir. İnqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan Qarabağ klanının uzun illər ölkədə yaratdığı özbaşınalığa, idarəçilikdəki anormal hallara son qoyacağını vəd edirdi.
Yerli media yazır ki, 2018-dən üzü bu yana Ermənistanda demokratiya, idarəçilik, məmurların təyin olunmasına dair prinsiplərdə elə bir ciddi dəyişiklik baş verməyib. Əvvəllər hərbi canilər Serj Sarkisyan və Robert Koçaryanın yaxın ətrafını məmur kimi irəli çəkirdisə, indi də Paşinyan ailəsinə yaxın şəxslərə vəzifələr verilir.
“Mamul” nəşri buna misal olaraq bir neçə gün öncə yeni təyinat alan bir məmuru göstərib. Söhbət ədliyyə sistemindəki dəyişiklikdən gedir: "Məlum olduğu kimi, ədliyyə naziri Srbui Qalyanın əmri ilə Robert Tamaryan cəzaçəkmə müəssisinin “Məhkumlar üçün xəstəxana”sına rəisi təyin edilib. Deyilənə görə, Tamaryan ailəsi Nikol Paşinyanın həyat yoldaşı ilə yaxınlığı ilə seçilir. Belə ki, Robertin həyat yoldaşı Anna Akopyanın saç ustasıdır".
Tural