Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU

Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU
16:51

Ağsuda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Bu barədə informasiyanı Ağsu Rayon Mərkəzi Xəstəxanası yayıb.
 

Qeyd olunub ki, fevralın 1-də, saat 00:20-də dörd nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir", məlumatda deyilir.


Sizin reklam burada
Sizin reklam burada