Təhlükəsizlik mütəxəssisləri Gmail istifadəçilərinə təcili xəbərdarlıq edib.
News365.az xəbər verir ki, təxminən 183 milyon e-poçt hesabının parolu sızdırılıb.
Bildirilib ki, sızan məlumatlar yalnız e-poçt ünvanlarını deyil, həm də həmin hesablarla əlaqəli parolları əhatə edir və hakerlərin digər platformalara da giriş əldə etməsinə imkan verə bilər.
Məlumata görə, hadisə 2025-ci ilin aprelində baş verib. Mütəxəssislər istifadəçilərə hesablarını qorumaq üçün parollarını dərhal dəyişməyi və iki mərhələli doğrulamanı aktivləşdirməyi tövsiyə edirlər.
Kibertəhlükəsizlik ekspertləri bildirir ki, süni intellekt texnologiyalarının yayılması ilə belə məlumat pozuntuları son dövrlərdə artıb.