Ağdamda batan şəxs şəhid övladıdır

Ağdamda batan şəxs şəhid övladıdır
16:50

Ağdamda su anbarında övladları ilə birlikdə batan polis Şərif İsgəndərov şəhid övladı olub.

News365.az xəbər verir ki, iyulun 4-də su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.

Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.

Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb.

Sizin reklam burada
Sizin reklam burada