Ağ ayıya görə kəndlilər evdən çıxa bilmirlər -VİDEO

Ağ ayıya görə kəndlilər evdən çıxa bilmirlər -VİDEO
06 İyl 2024 12:30

Yakutiyanın Bulunski ulusunda qütb ayısı peyda olub.

News365.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, o, kənd sakinlərini qorxu içində saxlayır. Yırtıcı qorxmadan insanlara yaxınlaşır, itlərdən və yüksək səsdən (Siqnal vəs.) çəkinmir.

"10 gündür ki, Ust-Olenek kəndinin sakinləri evlərini tərk etməyə qorxurlar. Yırtıcı insanlardan, dronlardan və itlərdən qorxmur və sakitcə həyətlərdə gəzir", - paylaşımda yazılıb.

Heyvan Qırmızı Kitaba düşdüyü üçün yerli ovçular onu məhv edə bilmirlər. Respublikanın Ekologiya Nazirliyindən "Saxapress" portalına verilən məlumata görə, bu, böyük ağ ayı sayılmır. O, ayı balasıdır və onu qorxutmaq üçün olan xüsusi vasitə yaxın vaxtlarda kəndə gətiriləcək.

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər