ABŞ-də maraqlı hadisə baş verib. ABC News-un yaydığı məlumata görə, Kaliforniyada meşə yanğınından sonra bir amerikalı 45 kiloqramlıq ev heyvanını diri tapa bilib.
"Altadina ailəsi, ev heyvanı kimi saxladığı Rokki adlı tısbağanı yanğının səbəb olduğu dağıntılar arasında tapılmasından sonra sevinc və rahatlıq içində olduqlarını söyləyiblər", - nəşr yazıb.
Xilas edilən sürünənlə bağlı sosial şəbəkələrdə maraqlı görüntülər də yayılıb. Görüntülərdə şerifin müavininin Rokkini ehtiyatla təhlükəsiz yerə aparması əks olunub. Tısbağanın sahibləri bildiriblər ki, onlar dəfələrlə ev heyvanını axtarmaq üçün öz mülklərinə qayıtmağa cəhd ediblər. Lakin hadisə yerində baş vermiş qaz sızması səbəbindən girişə icazə verilməyib.
Tural