ABŞ xarici yardım xərclərini AZALDACAQ

ABŞ xarici yardım xərclərini AZALDACAQ
25 Mar 2025 09:33

ABŞ Prezidenti Donald Tramp fövqəladə büdcə xərclərini təxminən 3 milyard dollar azaldacaq ki, bunun da 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulmuşdu.

News365.az xəbər verir ki, bu barədə “Semafor” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Portal yazır ki, Trampın ixtisar etməyi planlaşdırdığı 2,5 milyard dollarlıq yardım, miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi.

Bununla belə, sözügedən tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək.


Sizin reklam burada
Sizin reklam burada