ABŞ-nin Ukraynadakı səfiri Bridget Brink diqqət çəkən açıqlamalar verib. O, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə kütləvi zərbələr endirməsinə cavab verərəkən bunu Moskvanın Kiyevə “Milad hədiyyəsi” adlandırıb. Bununla bağlı paylaşım səfirin "X" sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“Rusiyanın Ukraynaya Milad hədiyyəsi: enerji infrastrukturuna yönəlmiş 70-dən çox raket və 100 pilotsuz uçuş aparatı atılıb",- Brink yazıb.
O, həmçinin Rusiyanı qışdan silah kimi istifadə etməkdə ittiham edib.
Bundan əvvəl Ukraynanın “Strana” nəşri hərbi və monitorinq Telegram kanallarına istinadən yazıb ki, rus qoşunları respublika ərazisinə irimiqyaslı raket zərbəsi endirir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural