ABŞ Sakit okeanda narkotik daşıyan üç kateri vurub: Ölənlər var

ABŞ Sakit okeanda narkotik daşıyan üç kateri vurub: Ölənlər var
16 Dek 2025 09:10

ABŞ Silahlı Qüvvələri Sakit okeanın beynəlxalq sularında narkotik daşıyan üç katerə zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə Pentaqon "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat məlumatlarına əsasən, katerlər Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət edirmiş. Əməliyyat nəticəsində katerlərdə olan səkkiz nəfər həlak olub.

CNN-in hesablamalarına görə, ABŞ ordusu son aylarda Latın Amerikası sahilləri yaxınlığında narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar çərçivəsində 20-dən çox kater məhv edib, bu əməliyyatlar zamanı təxminən 90 nəfər ölüb.


Sizin reklam burada
Sizin reklam burada