ABŞ Qəzza və Ukraynadakı münaqişələri maliyyələşdirir?

ABŞ Qəzza və Ukraynadakı münaqişələri maliyyələşdirir?
06 İyl 2024 10:56

"Birləşmiş Ştatlar Qəzza zolağında və Ukraynadakı münaqişələri maliyyələşdirir. Çünki amerikalı siyasətçilər bundan qazanc əldə edirlər".

News365.az xəbər verir ki, bunu ABŞ Konqresinə namizəd olan Daniel Butyeres Rusiya mediasına açıqlamasında deyib.

O, Demokratlar və Respublikaçılar tərəfindən Ukrayna ilə İsrailə silah tədarükünün dəstəklənməsi məsələsini şərh edərkən qeyd edib ki,  "siyasətçilər başqalarını məhv etməklə varlanırlar".

Qeyd edək ki, Butyeres Respublikaçıdır və Arizona ştatının 7-ci Konqres Dairəsini təmsil etməkdən ötrü ABŞ Nümayəndələr Palatasına seçilmək üçün namizədliyini irəli sürür.

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər