ABŞ-də miqrantların "qara günləri" başlayıb

ABŞ-də miqrantların "qara günləri" başlayıb
29 Yan 2025 11:55

ABŞ-də miqrantların "qara günləri" başlayıb. NBC News-un mənbələrinə istinadən yaydığı xəbərə görə, ABŞ hakimiyyəti qarşıdakı həftədə üç şəhərdə qeyri-qanuni mühacirlərə qarşı reydlər keçirməyi planlaşdırır.


Telekanalın məlumatına görə, cümə axşamı Avrorada reydlər keçiriləcək. Gömrük və Sərhəd Mühafizəsi (ICE) agentləri bazar günü Nyu York və Çikaqoda həbslər həyata keçiriblər.


Telekanalın məlumatına görə, reydlərdə başqa qurumların agentləri də iştirak edə bilər.

Qeyd edək ki, Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir. Trampın miqrasiya siyasəti isə ən çox müzakirə olunan məsələyə çevrilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada