ABŞ-da aparılan yeni araşdırmalar hantavirusun gəmiricilər arasında geniş yayıldığını ortaya çıxarıb. Alimlər virusun insanlara keçmə riskinin artdığı barədə xəbərdarlıq edirlər.
News365.az xəbər verir ki, bu barədə ABŞ tədqiqatçıları məlumat yayıb.
Bildirilib ki, Hollandiyaya məxsus “MV Hondius” kruiz gəmisində 11 nəfər hantavirusa yoluxub, 3 nəfər isə həyatını itirib. Yoluxanların 23 müxtəlif ölkədən olduğu qeyd olunub.
Araşdırmalara görə, virus əsasən yoluxmuş gəmiricilərin sidiyi, tüpürcəyi və ifrazatları vasitəsilə yayılır. Mütəxəssislər qapalı məkanların yaxşı havalandırılmasını və quru təmizlikdən qaçmağı tövsiyə edirlər.