Bu obyektlərin tikintisinə icazə tələb olunmayacaq

Bu obyektlərin tikintisinə icazə tələb olunmayacaq
27 Dek 2024 11:50

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişlənir.

News365.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Şəhərsalma və Tikinti Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Youtube kanalımız