Kanada hökumətinin rəhbəri əş-Şaraanı təbrik edib

Kanada hökumətinin rəhbəri əş-Şaraanı təbrik edib
14 Fev 2025 10:52

Kanadanın baş naziri Castin Trüdo Suriya prezidenti Əhməd əş-Şaraa ilə telefonda danışıb.

News365.az bu barədə "Times"a istinadla xəbər verir.

Belə ki, baş nazir Suriya rəhbərini yeni vəzifəsi münasibətilə təbrik edib. O,  Kanadanın Suriya xalqını ölkə daxilində sabitliyə töhfə vermək və təhlükəsizliyi yaxşılaşdırmaq üçün dəstəkləyəcəyini bildirib. 

Trüdo qeyd edib ki, yaxınlarda  Suriya ərazisində daimi nümayəndəliyin açılması planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada