"Mülki müşahidə missiyasının mövcudluğu gərginlik yaradır"- Nigar Məmmədova

"Mülki müşahidə missiyasının mövcudluğu gərginlik yaradır"- Nigar Məmmədova
12:33

"Delimitasiya məsələləri üzrə razılıq əldə olundu, həmçinin Çinin delimitasiya prosesinin keçirilməsi üçün təlimatların layihəsinin hazırlanmasına dair razılaşma əldə edildi. Konkret olaraq, Azərbaycan, Gürcüstan və Ermənistanın kəsişdiyi nöqtədən başlayaraq, Azərbaycan və Ermənistanın İranla sərhədinə qədər delimitasiyanın aparılması üçün qaydaların müəyyənləşdirilməsi və təlimatların hazırlanması razılaşdırıldı. Fevral ayında keçirilən növbəti iclasda bu təlimatların hazırlanması üzrə nəticələr əldə edildi."

Milli Məclisin deputat Nigar Məmmədova bunu News365.az-a deyib. 

"Bu proses bir daha sübut edir ki, vasitəçiyə ehtiyac yoxdur. Əgər delimitasiya komissiyasında belə nəticələr əldə edilirsə, deməli, sülh müqaviləsinin imzalanması və sülh prosesinin aparılması üçün də vasitəçiyə ehtiyac qalmır. Əks halda, üçüncü tərəflər prosesə daxil edilərsə, onların hər birinin öz maraqları olacaq və bu, prosesi çətinləşdirəcək.

Mülki müşahidə missiyanın müddətinin 2027-ci ilin yanvar ayına qədər uzadılması və ümumiyyətlə, mövcudluğu gərginlik yaradır. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi mülki missiyanın fəaliyyətinin dayandırılmasını tələb edib. Çünki bu müşahidəçilərin adı altında biz burada təxribatçılar və kəşfiyyatçıları görürük. Son zamanlarda Qubadlı istiqamətində kəşfiyyat xarakterli fəaliyyət qeydə alındı. Bundan əvvəl isə Laçın və Zəngilan istiqamətində onların fəaliyyəti izlənilib. Bu kimi hallar Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır və prosesi daha da mürəkkəbləşdirir."- deyə bildirib. 



Sizin reklam burada
Sizin reklam burada