"30 qəpikliklər" -Erməni deputatların evlərinə karikaturaları yapışdırıldı -VİDEO

"30 qəpikliklər" -Erməni deputatların evlərinə karikaturaları yapışdırıldı -VİDEO
15 İyn 2024 11:16

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Bir neçə gün öncə “Vətən uğrunda Tavuş” hərəkatının paytaxtda keçirdiyi vətəndaş itaətsizliyi aksiyası qanlı toqquşmalarla bitməsi hələ də ölkə gündəmindən düşmür. Aksiyalar zamanı 100-ə yaxın vətəndaş saxlanılsa da onların çoxu sonradan sərbəst buraxıldı. Bundan başqa, altısı polis olmaqla 50-dən çox etirazçı xəsarət alıb. Bir nəfərin isə səs qumbarasının partlaması nəticəsində barmaqları qopub. 

Aksiyalar nisbətən səngisə də, hərəkat fəalları dünən gecə İrəvanın müxtəlif küçə və prospektlərində, əsasən də hakim partiyadan olan deputatların yaşadıqları məhəllələrdə onların karikaturaları yapışdırblar.

"Milli Cəbhə"nin Telegram səhifəsində yayılan foto və videolarla bağlı qeyd edilib ki, deputatlarının yaşadıqları binalar girişlərində yapışdırılan fotolarda onların şəkillərinin üzərinə 30 qəpik və ya gümüş, Türkiyə bayrağının görüntüsü də əlavə olunub. Guya onlar 30 qəpiyə satılıblar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər