3 və 11 yaşlı uşaqlar bağlı qapı arxasında qaldı - VİDEO

3 və 11 yaşlı uşaqlar bağlı qapı arxasında qaldı - VİDEO
11:42

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

News365.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2022-cı il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.

Bundan əlavə, Xətai rayonu, M.Hadi küçəsində də azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2014-cü il təvəllüdlü uşağı yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.


Sizin reklam burada
Sizin reklam burada