XİN başçısı Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib

XİN başçısı Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib
22 İyl 2025 17:38

Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.

News365.az xəbər verir ki, naziri muzeydə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri müşayiət ediblər.

Muzeyin direktor müavini Leyla Əliyeva qonaqlara muzeyin tarixi, fəaliyyəti və sərgilənən eksponatlar barədə geniş məlumat verib.

Ziyarət zamanı nazir Ceyhun Bayramova maarifçi, yazıçı və dramaturq Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat təqdim olunub. Həmçinin, muzeydə nümayiş etdirilən və Qarabağın incisi Şuşadan gətirilmiş müqəddəs torpaq nümunəsi də nazirin diqqətinə çatdırılıb.

Görüş çərçivəsində Ceyhun Bayramov Gürcüstanda Azərbaycan mədəniyyətinin yaşadılması və təbliği istiqamətində muzeyin fəaliyyətini yüksək qiymətləndirib, belə mədəniyyət ocaqlarının xalqlar arasında dostluğun möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada