Dünyaca məşhur rok ifaçısı vəfat edib

Dünyaca məşhur rok ifaçısı vəfat edib
22 İyl 2025 23:15

Dünyaca məşhur britaniyalı rok ifaçısı Ozzi Osborn 76 yaşında vəfat edib.

News365.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun ailəsindən bildirilib.

"Sevdiyimiz Ozzi Osbornun bu səhər vəfat etməsi xəbərini sözlə ifadə edilməyəcək qədər kədərlə paylaşırıq. O, ailəsinin yanında idi və sevgi ilə əhatə olunmuşdu", - sənətçinin ailə üzvləri bildirib.

Osborn iyunun əvvəlində qurucusu olduğu "Black Sabbath" qrupunun heyəti ilə Birmingemdə vida konserti verib.

2023-cü ilin fevral ayında musiqiçi səhhətindəki problemə görə qastrol fəaliyyətini başa vurduğunu elan edib. 2019-cu ildə ona Parkinson xəstəliyi diaqnozu qoyulub. O, xəstəliyi həkim səhvi ilə izah edib. Belə ki, boyun nahiyyəsində keçirdiyi əməliyyat zamanı sinir ucları zədələnib.


Sizin reklam burada
Sizin reklam burada