"Neftçi" rumıniyalı müdafiəçini transfer edib

"Neftçi" rumıniyalı müdafiəçini transfer edib
22 İyl 2025 23:45

“Neftçi” futbol klubu növbəti transferini həyata keçirib.

News365.az paytaxt klubunun açıqlamasına istinadən xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra "ağ-qaralar"ın şərəfini qoruyacaq.

27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub.

O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.


Sizin reklam burada
Sizin reklam burada