İsrailin xarici işlər naziri Ukraynaya səfər edib

İsrailin xarici işlər naziri Ukraynaya səfər edib
22 İyl 2025 22:00

İsrailin xarici işlər naziri Gideon Saar Ukraynaya səfər edib. 

News365.az xəbər verir ki, Saar Ukrayna Prezidenti Volodimir Zelenski, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və yerli yəhudi icması ilə görüşəcək. 

Bu, Saarın sələfi, hazırkı energetika naziri Eli Koenin Ukraynaya səfər etdiyi 2023-cü ilin fevralından bəri İsrail rəsmisinin Kiyevə ən yüksək səviyyəli səfəridir.


Sizin reklam burada
Sizin reklam burada