Ağdam və Ağdərə rayonları ərazilərində güclü yanğın başlayıb YENİLƏNİB

Ağdam və Ağdərə rayonları ərazilərində güclü yanğın başlayıb YENİLƏNİB
22 İyl 2025 23:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə News365.az- FHN-dən məluçat verilib  

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

***

22:45

Ağdam və Ağdərə rayonları ərazisindəki kolluq və otlaq ərazilərdə güclü yanğın başlayıb.

News365.az xəbər verir ki, qəfil başlayan yanğının miqyası surətlə geniş ərazilərə yayılıb. 

Hazırda yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür.


Sizin reklam burada
Sizin reklam burada