Bir qisim media nümayəndəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub.
News365.az xəbər verir ki, tədbirdə bildirilib ki, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medalları təqdim ediləcək.
Tədbirdə "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, Cahangir Məmmədli, Mirşahin Ağayev, Flora Xəlilzadə, Rahilə Hüseynova, Qulu Məhərrəmli və bir sıra şəxslərə yubiley medalı təqdim edilib.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.