2025-ci ildə bizi nə gözləyir? - MÜHÜM AÇIQLAMA

2025-ci ildə bizi nə gözləyir? - MÜHÜM AÇIQLAMA
27 Sen 2024 09:28

Xəbər verdiyimiz kimi sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Ölkə bağşısı növbəti ildə iqtisadi sahə üçün prioritetləri müəyyən edib.

Mövzu ilə bağlı fikirlərini News365.az–la bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki,  müşavirədə təkcə il sonuna kimi deyil, həm də ən azı 2025-ci ildə ölkəmizdə iqtisadi istiqamətli qərarların qəbul edilməsində böyük rol oynayacaq:

“Çünki, bu müşavirədə növbəti ilin büdcəsi, xarici borc öhdəlikləri, neft hasilat həcmlərinin azalması, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, milli təhlükəsizlik məsələlərinin iqtisadi dəstəkləməsi, eyni zamanda növbəti ilin pensiya və əmək haqqı artımları kimi bir çox məsələlər müzakirə mövzusudur.

Hələ ilin əvvəlində də cənab Prezident Andiçmə mərasimində neft hasilat həcmlərinin azalması məsələsinə və bununla bağlı bir növ məsul olan xarici şirkətlər müzakirələrin aparılacağını vurğulamışdı, Bu gün də bu mövzuya bir daha haqlı olaraq toxundu. Çünki, neft yataqlarında lay təzyiqi yüksək olanda nefti rahat çıxaran xarici investor (şirkət) təzyiq aşağı düşüb yatağın neftverimi azalanda bunu aradan qaldırmağa çalışmalıdır. Bol olanda rahat neft çıxaran, bol olmayanda da investisiya yatırıb hasilat həcmini mümkün qədər stabil saxlamağa borcludurlar. Onsuz da yataqların ehtiyatları azaldıca hasilatı uzunmüddətli stabil saxlamaq mümkün olmur. Amma heç olmasa dərin qatların işlənməsi və ya aşkar ehtiyatlar maksimum istismarı hesabına mümkün qədər hasilat həcmlərini stabil saxlamaq olar. Sadəcə bunun üçün bir az pul yatırmaq lazımdır. Növbəti ildə iqtisadi artım tempini saxlamaq üçün çox vacibdir. Çünki, bu sektorun birbaşa daxilolmalardan başqa multiplikativ effektləri də çoxdur”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər