Stolüstü tennisçimiz İsveçdə təlim-məşq toplanışına qatılacaq

Stolüstü tennisçimiz İsveçdə təlim-məşq toplanışına qatılacaq
01 İyn 2025 13:45

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.

News365.az xəbər verir ki, Quluzadə bu məqsədlə yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb.

"Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək.

Onur bundan sonra Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.


Sizin reklam burada
Sizin reklam burada