12 kilo narkotiklə tutuldu - Foto

12 kilo narkotiklə tutuldu - Foto
13:47

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

News365.az xəbər verir ki, keçirilən əməliyyat tədbiri ilə 38 yaşlı Fərid Kişiyev saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ondan paytaxt ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada