100 illiyi ortaq əlifba ilə qeyd etməliyik! - Səfir

100 illiyi ortaq əlifba ilə qeyd etməliyik! - Səfir
03 May 2025 17:13

“3 may Türkçülük Günü münasibətilə keçirilən iclasda sizinlə birlikdə olmaqdan xoşbəxtəm”.

News365.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün “Dildə, Fikirdə, İşdə birlik: Türk dünyasının Gələcəyi” panel iclasında çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, gələn il Türkoloji qurultayın 100 illiyini ortaq əlifba ilə qeyd etməyi gözləyir:

“Bu gün fərqli toplantılarla fikir alış-verişi oldu. Burada sənədə çevriləcək fikirlərdən danışdıq. Geniş coğrafiyada yayılan türklərin iqtisadi, sosial baxımdan ortaq yönləri var. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) qurulub. TDT strateji vizyonun, dəstəkləşmənin təzahürüdür. Siyasi əlaəqlərdən təhsilə, yaşıl enerjidən tutmuş digər bütün sahələrdə birgə çalışırıq. TDT-nin regional inteqrasiyasında maraqlıyıq. Türk universiterləri arasında iki və çoxtərəfli  əməkdaşlıq edirik. Mediada ortaq addımların atılması gənclərdə milli kimlik şüuru yaratmağa kömək edə bilər. Xarici təsirlərə qarşı daha dayanıqlı vəziyyətə çatmalıyıq. Bunun reallaşması qarşılıqlı inam və geniş skeptrli əməkdaşlıqla mümkündür. TDT üçüncü tərəflərə qarşı təhdid üçün qurulmayıb, əksinə, sülh üçün addımlar atan bir platformadır. Bakı ilk Türkoloji qurultayın keçirildiyi yerdir. Türkoloji qurultayın gələn il 100 illiyinin ortaq əlifba ilə qeyd olunmasını səbirsizliklə gözləyirik”.


Sizin reklam burada
Sizin reklam burada