Çində 1961-ci ildən bəri ən isti payız fəsli müşahidə edilib.
News365.az xarici mediaya istinadla xəbər verir ki, 2024-cü ilin 1 sentyabr-30 noyabr tarixləri arasında ölkə üzrə orta temperatur 11,8 dərəcə olduğu halda, bu rəqəm əvvəlki illərin orta göstəricisini 1,5 dərəcə üstələyib.
Xüsusilə ölkənin mərkəzi, şərq, cənub-qərb və şimal-qərb rayonlarında havanın orta temperaturu əvvəlki illərlə müqayisədə 2-4 dərəcə artıb. Qeyd edilib ki, bu dövrdə rütubət artıb, 9 tufan baş verib, onlardan 5-i tayfunlar nəticəsində olub.